Niyə cinayət törədən şagirdlərin sayı artır? - AÇIQLAMA

Son günlər şagirdlər tərəfindən törədilən cinayətlərin yenidən artdığını görürük. Belə ki, onların arasında bıçaqlanma hadisələrinə də rast gəlinir.
Bəs görəsən, bu kimi halların artmasının səbəbi nədir?
Deputat Ceyhun Məmmədov bildirib ki, bu cür halların baş verməsi ilk dəfə deyil, əvvəlki dövrlərdə də belə hallar olub. Onun sözlərinə görə, bu, dünyada gedən prosesdir:
"Təəssüf ki, bu qədər nailiyyətlə, inkişafla yanaşı, dünyada kriminallığa, cinayətlərə meyilin artdığını görürük. Bu kimi hallar ayrı-ayrı ölkələrdə də müşahidə olunur. Bu məsələdə ilk növbədə ailələrin üzərinə böyük vəzifə düşür. Təəssüflə qeyd etməliyik ki, bəzi ailələr övladlarına tərbiyə verə bilmirlər və ya bəzən onlarına tərbiyə verməyə vaxtları olmur. Ailələrin öz rolunu oynaya bilməməsi, bir sıra hallarda fikirlərinin dağınıq olması burada öz təsirini göstərir. Valideynlər övladlarına kifayət qədər vaxt ayırmalı, onları nəzarət saxlamalıdırlar. Onların tərbiyəsinə önəm verməlidirlər. Bir sıra hallarda isə sosial mediada və ya cəmiyyətdə kriminal şəxslərin, onlara aid mahnıların təbliğ olunması bu prosesə öz təsirini göstərir. Burada yanaşma və baxış dəyişməlidir. Bu kimi məsələlərlə bağlı geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Təəssüf ki, gənclərin bir hissəsinin özünə nümunə götürdükləri kriminal şəxslərdir. Məktəblərdə bu prosesə xüsusi diqqət və nəzarət olmalıdır".
Deputat qeyd edib ki, hər bir məktəbdə kriminala, cinayətə meyilli şagirdlər müəyyənləşdirilməli və nəzarətdə saxlanılmalıdır:
"Bu istiqamətdə davamlı işlər aparılmalıdır. Hər bir məktəbdə şagird haqqında məlumatlar olur. Onların bir portreti olmalı, bunlarla bağlı konkret addımlar və planlar olmalıdır. Biz getdikcə bu kimi halların artcağını görəcəyik. Ona görə də məktəbdə uşaqların nəzarət mexanizmi gücləndirilməlidir. Kriminala meyilli uşaqlar xüsusi olaraq nəzarətdə saxlanılmalıdır. Onların davranışlarına nəzarət olunmalıdır. Həmçinin, məktəblərdə və ailələrdə şagirdlər arasında maarifləndirmə işləri davamlı olaraq aparılmalıdır. Şagirdlərə bu kimi əməllərin onların həyatında hansı fəsadları törədəcəyi, çətinlikləri yaradacağı izah olunmalıdır".
(unikal)
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!








