Noyabrın ilk günü yollarımız qana boyandı: 8 ölü, 10 yaralı

Bakıdakı qəzalarda 4 nəfər ölüb. Noyabrın ilk günü Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 8 nəfərin həyatına son qoyub. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 1-də ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 8 nəfərdən başqa 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən qəzalardan 3-ü paytaxtda baş verib. Nizami rayonu ərazisində sərnişin avtobusu 2 nəfəri vurub öldürüb. Digər iki qəza isə Suraxanıda baş verib. Yeni Suraxanıda "Ford" və "Renault"un toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib. Yeni Günəşlidə isə "VAZ 2107"nin vurduğu piyadanın həyatını xilas etmək mümkün olmayıb. Ölümlə nəticələnən digər qəzalar Göygöl, Ağstafa, Şəmkir və Gəncənin Nizami rayonunda olub. Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










