Oğru taksi sürücüləri yaxalanıb

Rusiyanın Moskva şəhərinin şimalında polislər taksi fəaliyyəti ilə məşğul olan 2 azərbaycanlını yaxalayıblar. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Moskva polisi yaydığı xəbərdə deyilir ki, növbətçi hissəyə 24 yaşlı Moskva ali təhsil ocaqlarının birində oxuyan tələbənin şikayəti daxil olub. Onun sözlərinə görə “Planernaya” metro stansiyası ətrafında maşın saxlayıb və onu “Pavşinskaya poyma” adresinə aparılmasını xahiş edib. Şikayətçi bildirir ki, yol gedən zaman taksi sürücüsü ona pivə təklif edib və cavan oğlan təklifi qəbul edib. Lakin daha sonra o huşunu itirib. Ayıldıqda isə zərərçəkən planşetinin, içində pullar olan portmanının və skripkasının olmadığını görüb. Faktla əlaqədar cinayət işi açılıb.
Elə həmin gün polis 40 yaşlı Azərbaycan əsilli şübhəli yaxalayıb. O şəxsi maşını ilə taksi fəaliyyəti ilə məşğul olurdu. Polis tərəfindən saxlanılan maşına baxış keçirilən zaman psixotrop təsir edən həblər üzə çıxıb. Bundan sonra şübhəli haqqında həbs qəti imkan tədbiri qərarı verilib.
Azərbaycanlı taksi sürücüsünün yaşadığı ünvana baxış keçirilən zaman isə onun 48 yaşlı qardaşı da saxlanılıb. Belə ki, onun da avtomobilinin saxlanc yerindən saxlanılan qardaşının cinayət zamanı işlətdiyi həblərin eynisi aşkarlanıb. Saxlanılan azərbaycanlıların adları məlumatda qeyd olunmur.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










