Oğurladığı avtomobili başqasına satdı

Bakının Sabunçu rayonunda oğurluq avtomobilin başqasına satılması müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər sakini Tacəddin Abbasovun “Toyota Prado” markalı avtomobili Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Fəqan Rasim oğlu Piriyev tərəfindən qaçırılıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fəqan Piriyev tutulub. Onun oğurladığı avtomobil Yeni Günəşli qəsəbəsi, A.Rzayev küçəsi 6 ünvanını qarşısında tapılıb. Avtomobilin üzərində Bakı şəhər sakini Eldar Məmmədova məxsus “RAF” markalı avtomobilə aid dövlət qeydiyyat nişanları taxılması müəyyən edilib, avtomobilin salonunda isə avtomobilin özünə aid dövlət qeydiyyat nişanları aşkar edilib.
Məlum olub ki, Fəqan Piriyev oğurladığı avtomobili İsmayıl adlı şəxsə satıb. Hazırda İsmayıl adlı şəxsin müəyyən edilməsi üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












