Ölkədə mövcud texnologiya infrasturkturu tam təhlil olunmalıdır - ekspert

Elm və texnologiya strategiyası inkişaf etmiş və ya etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin formalaşmasında əsas faktorlardan biridir. Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib. Bu sahədə inkişaf etmiş ölkələr, qlobal rəqabətçilikdə əsas üstünlüyü ələ keçirmiş və inkişaf dinamikasını yüksək tempdə tutmaq üçün texnologiya infrastrukturlarını daim yeniləməkdə və gücləndirməkdirlər.
Azərbaycan texnologiya sahəsində son 10 ildə regionda bir sıra ilklərə imza atsa da, sürətlə yenilənən texnologiya sənayesində hələlik aparıcı qüvvələrdən biri ola bilməyib. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələrində peyk xidmətlərinə malik olması, bizim bu regionda texnologiya sahəsində ən büyük uğurumuz hesab oluna bilər. Həmçinin 2-ci Qarabağ müharibəsində 5-ci nəsil müharibə silahlarından istifadə olunması, İnformasiya Kommunikasiya Texnologiyaları istiqamətində aparılan işlər Azərbaycan adını regionda və dünyada texnologiya sahəsində potansial ölkə olduğunu bildirən bariz göstəricidir. Ölkə daxilində bir çox qurumların informasiya texnologiyaları istiqamətində kifayət qədər hazırlıqlı olmadığı və ya mövcüd vəziyyətin dövrün standart və tələblərinə uyğun olmaması fundamental iş aparılmasını zəruri edir. Dövlət strukturlarında elektron iş mühitinin formalaşması, proseslərin avtomatlaşması, informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi ölkəmizdə başlıca hədəflərdən biridir. Bu hədəfə çatmaq üçün qurumlarda texnologiya infrasturukturlarının təkminləşdirilməsi aktual mövzulardan birinə çevirilmişdir. 4-cü sənaye inqilabına keçid mərhələsinə hazırlaşan ölkəmiz, bu istiqamət də elektron sənayenin qurulması və informasiya kommunikasiya texnologiyalarının tam səmərəli istifadəsini təmin edən strategiya və planlamalar qurmalıdır. Ağıllı şəhər konsepsiyasına start aldığımız bir dövrdə ölkədə mövcud texnologiya infrasturkturu tam təhlil olunmalıdır. Və bu təhlillər əsasında texnologiya infrastrukturlarına qoyulacak investisya həcmi və hərəkət planları məlum olacaqdır.
IKT üzrə ekspert Elvin Abbasov
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











