Ölkədən 1,1 milyard manatlıq valyuta necə cıxarılıb? - Mərkəzi Bankdan REAKSİYA
Gündəm
8 Aprel 2021 14:25

Azərbaycan Respublikasının Mərkəzi Bankı kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara və bununla əlaqədar ekspert şərhlərinə aydınlıq gətirib. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.
“Yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşınıb.
Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90 faizdən çoxunu Avroda olan vəsaitlər təşkil edib. Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşınıb.
Bir daha qeyd etmək istəyirik ki, bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub.
Nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur.
Qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilib və uçotu aparılıb”.
Oxunub : 1046
DİGƏR XƏBƏRLƏR
15 Aprel 2026 18:18
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
15 Aprel 2026 18:09
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
15 Aprel 2026 17:53
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
15 Aprel 2026 17:41
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
15 Aprel 2026 14:30
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
15 Aprel 2026 14:00
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
15 Aprel 2026 09:30
Bu yolda sürət həddi endirildi
14 Aprel 2026 23:06
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
14 Aprel 2026 21:18
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
14 Aprel 2026 18:00
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
14 Aprel 2026 17:53
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA
14 Aprel 2026 17:30
Sumqayıtda yolların acınacaqlı vəziyyəti: Sürücülər çuxurlar arasında “savaşır” - VİDEO
ŞƏRH YAZ










