Banner

Ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Gündəm 27 Avqust 2020 19:55 Oxunub 1346
Ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulda Azərbaycana idxal olunan avtomobillərin sayı 4379 ədəd, dəyəri isə 51 milyon 56 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 25-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4082-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 270-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 2-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh