Ölüm saçan liftə niyə baxan yoxdur? - VİDEO

Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi bina 2 ünvanında iki aydan çoxdur ki, lift işləmir. Bu ilin martın 26-da liftdə yaranan nasazlıq səbəbindən bina sakinlərindən biri həyatını itirib. Həmin gündən bina sakinləri lift üzünə həsrətdirlər.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, baş verən ölüm hadisəsi ilə bağlı qəzalı lift prokurorluğun nəzarətindədir. Prokurorluqdan icazə verildikdən sonra lift təmir olunacaq.
Binəqədi Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, lazımi sənədlər artıq hazırlanıb:
"İndiki mərhələdə yalnız Fövqəladə Hallar Nazirliyi tərəfindən akt tərtib olunmalıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti "Lifttəmir" İstehsalat Birliyi aidiyyəti üzrə qəzalı lifti ya təmir etsin, ya da yenisi ilə əvəzləsin".
Ətraflı süjetdə.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












