“Onda vətən sevgisi çox güclü idi” - VİDEO

“Çox ağıllı uşaq idi, onda vətən sevgisi çox güclü idi. Bir gün dedi, mən o vaxt rahat olaram ki, torpaqlarımız azad olsun. Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm”.
Bu fikirləri İkinci Qarabağ savaşında Füzuli istiqamətində gedən döyüşlərdə snayper gülləsindən şəhid olan Asiman Allahverdiyevin qohumu Xuraman Abbasova onun barəsində xatirələrini bölüşərkən deyib.
Asiman Allahverdiyev 1998-ci il avqustun 23-də Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbinin 1-ci sinfinə daxil olub. 9 ildən sonra təhsilini peşə liseyində “kompüter operatoru” ixtisasında davam etdirib. Kəşfiyyatçı kimi fəaliyyət göstərən A.Allahverdiyev Cəbrayıl və Füzuli döyüşlərində iştirak edib.
“Report”un süjetində şəhidin anası Sevinc Abbasova və əkiz qardaşı Cavidan Allahverdiyevin xatirələri də yer alıb:
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












