Onlar buna heç cür alışa bilmirlər - VİDEO

Piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə Bakıda xeyli keçidlər tikilsə də, bunlar istifadəsiz qalıb. Paytaxtda yolun hərəkət hissəsini seçən xeyli sayda insan var. Onların əksəriyyəti isə təəssüf ki, yaşlı nəslin nümayəndələridir.
Avtosfer.az anspress-ə istinadən məlumatına görə, bu kimi hallarla Bakının küçə və prospektlərində mütəmadi olaraq rastlaşmaq mümkündür.
Şəhərin əksər yerlərində yeraltı və yerüstü keçidlər olsa da, nədənsə hələ də bəzi vətəndaşlar bu keçidlərdən istifadə etməyə vərdiş edə bilmirlər.
Piyada keçidindən istifadə etməyənlər bunu müxtəlif bəhanələrlə izah etməyə çalışırlar.
Piyada keçidindən istifadə etməyən Aydın Əlizadə isə ürəyi xəstə olduğunu bəhanə gətirir.
Ekspertlər hesab edirlər ki, piyadaların yolu düzgün yerdən keçməməsi sürücüləri də sükan arxasında qəza şəraiti ilə üz-üzə qoyur. Piyadalar qayda pozuntularına görə inzibati qaydada cərimə edilsələr də, sakinlər yenə də keçidlər qala-qala avtomobillərin şütüdüyü yolla keçməyə üstünlük verirlər:
"İnzibati Xətalar Məcəlləsinin 113.1-ci maddəsində - piyadanın törətdiyi qayda pozuntusuna, o cümlədən də yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçməyə görə 20 manat məbləğində cərimə nəzərdə tutulur. Kifayət qədər yüksək məbləğdir. Cərimənin məbləğinin artırılması təklif olunur, bu qətiyyən yol verilməzdir. Qeyd edim ki, 20 manat kifayyət qədər yüksək məbləğdir. Sadəcə olaraq problem nədədir - problem məhz məsuliyyətin labüdlüyünün olmamasıdır", - deyə ekspert Ərşad Hüseynov bildirib.
Rəsmi məlumata görə, ilin əvvəlindən bu günə qədər 120 mindən artıq piyada keçidlərdən istifadə etmədiyi üçün cərimələnib. Hazırda da bu sahədə işlər davam etdirilir.
"Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadislərinin statistikasına nəzər saldıqda ümumi hadisələrin məhz 51%-i piyadaların vurulmasıdır. Ürək ağrıdan nəticələrdir. Sözsüz ki, Bakı şəhərinin inzibati ərazisinə düşən bütün küçə və prospektlər, yeraltı və yerüstü piyada keçidləri əməkdaşlarımız tərəfindən tam nəzarət götürülüb. Əməkdaşlarımız gün ərzində xidmət apararkən keçidlərdən istifadə etməyən vətandaşlar saxlanılır və inzibati qaydada məsuliyyətə cəlb edilirlər" , - deyə Baki Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov qeyd edib.
Yolu keçən zaman yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmək isə həm də bir mədəniyyətdir.
Dövlət Gömrük Komitəsi Elçin Quliyevi CƏRİMƏLƏDİ - İş məhkəməyə DÜŞÜB
Ramazan ayının on səkkizinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi - VİDEO
“Xaliq Faiqoğlu” sərnişinlərini belə sevindirdi - FOTOLAR
Yük avtomobilləri yolu daraldır - Sürücülər narazıdırlar – FOTO - VİDEO
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO










