Onlar dövlətçiliyimizin onurğa sütunu və onurğa beynidir

Həkimlər daha yaxşı bilir ki, bir insanın onurğa sütununun ciddi zədələnməsi və qırılması zamanı ən arzuolunmaz məqam onurğa beyninin də ciddi zədələnməsidir. Çünki o baş verərsə, insan digər orqanlarının tam sağlam olmasına baxmayaraq bərpaolunmaz fəsadlarla rastlaşa bilər. Məsələn, zədələnmənin səviyyəsindən asılı olaraq bir daha ayaq üstə durmaya bilər, əl və ayaqlarını tərpətməyə və bədəninin müəyyən yerlərini hiss etməyə bilər, bir daha yeriməyə bilər, hətta iradi tənzimlənə biləcək bütün aktlara nəzarəti də itirə bilər. Bütün bunlar da öz növbəsində bir insan üçün böyük faciədir.
Onurğa sütununun zədələnməsi zamanı maraqlı olanlardan biri də sütunu təşkil edən fəqərələr arasındakı bağların da zədələnməsidir. Burada isə daha diqqət çəkən bir məqam odur ki, bəzi bağların zədələnməsi zamanı əməliyyata ehtiyac olsa da, bir sıra bağların bərpası üçün sadəcə zamana və düzgün qulluğa ehtiyac var. Hər iki halda yenidən fəqərələr arasında əlaqə normala dönür və insan öz normal həyatına qayıda bilər.
Sonuncu çox önəmlilərdən olan isə müəyyən zədələnmələr zamanı onurğa sütununu təşkil edən fəqərələr bir-birilə yaratdıqları oynaqdan kənara çıxa bilərlər və ya fəqərə tamamilə zədələnə bilər. Bu zaman birinci halda vəziyyəti əməliyyatla yerinə qaytarmaq olur, ikinci halda da əməliyyatla süni bir fəqərə də yerləşdirmək olur ki, sütun insana lazım olan kimi qala bilsin. Birinci və ikinci halların tam uğurlu olmasının və tam bərpasının böyük qismi əməliyyat edənin əl qabiliyyətinin təcrübəsindən də çox asılıdır...
Xüsusi xidmət orqanları da dövlətimizin və dövlətçiliyimizin onurğa sütunu və onurğa beynidir. Onların ciddi zədələnməsi zamanı dövlət "əlini", "ayağını" tərpətməyə bilər, hətta bir daha "ayağa durmaya" da bilər. O sütunu təşkil edən fəqərələr arasında bağlar həmişə möhkəm olmalıdır, bəzən onu möhkəm etmək üçün təcrübəli əllərə, bəzən də zamana ehtiyac yaranır. Bundan başqa, yolundan çıxan və ya tam məhv olan fəqərələri bərpa etmək də, dəyişmək də olar ki, sütunun birliyi və dikliyi pozulmasın.
Əziz xüsusi xidmət orqanlarının əməkdaşları, hamınız - zamanında nümunəvi və layiqli şərəfi ilə xidmət edənlər və hazırda da o cür şərəflə xidmət edənlər - dəyərlisiniz. Əsas odur ki, bağlarınız möhkəm olsun və sütunun birliyi pozulmasın!
Peşə bayramınız mübarək!
Nuran Abdullayev
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










