Onlayn xəritələrə söyüş yazanlar kimdir? – Nə etməliyik? - AÇIQLAMA

Onlayn xəritələrdə bəzi şəxslər məkan adlarında dəyişiklik edilər. Xəritələrdə məkan adları ya qeyri-etik adlarla, ya da həqiqəti əks etdirməyən ünvanlarla qeyd olunur. Bu da vətəndaşlarda həm qıcıq yaradır, həm də onları yanlış ünvana istiqamətləndirir.
Bu kimi halların qarşısı alına bilərmi? Ümumiyyətlə, belə hallara yol verənləri hansı cəza gözləyir? Hər hansı şəxsin istənilən ünvanı istədiyi kimi qeyd etməsi nə dərəcə də düzgündür?
Avtosfer.az-ın sorğusuna Elektron Təhlükəsizlik Xidmətindən cavab olaraq bildirilib ki, onlayn xəritə platforması ilə istifadəçi arasında münasibətlər platformanın daxili qayda və şərtləri ilə tənzimlənir: “Həmçinin, onlayn xəritələrdə qeyri-etik adlarla və ya həqiqəti əks etdirməyən ünvanlarla göstərilən məkanlarla bağlı ETX-ya müraciət olunduğu təqdirdə aidiyyatı üzrə silinməsi və yaxud dəyişdirilməsi barədə metodiki dəstək göstərilir”.
Avtosfer.az-a açıqlama verən texnobloqqer Fərid Pərdəşünas bildirib ki, onlayn xəritələrə hər bir istifadəçi daxil olub küçə adları istisna olmaqla ərazi və obyektlərin ünvanını əlavə edə bilər: “Bu, moderasiyadan keçdikdən sonra təsdiqlənir. Onlayn xəritələrdəki bu xidmət xəritənin zənginləşməsi üçün nəzərdə tutulub. Lakin təəssüf ki, bundan sui-istifadə edənlər var. Bu da kiminsə kiməsə qərəzliyi yarananda həmin adamın evinin, iş yerinin və s. ünvanlarını qeyri-etik ad olaraq daxil etməsinə şərait yaradır. Bu cür hallarda şikayət vasitəsilə aradan qaldırmaq üçün həmin yerin üzərinə qeyd edib, “spam” və ya söyüş olduğu barədə şikayət etmək mümkündür. Bu halın həmçinin Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməklə də qarşısı alına bilər”.
Məhəbbət Tərlanoğlu
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












