Onun evi Boeing727-dir

Fərqli həyat tərzi keçirən insanlarla son zamanlar daha tez-tez qarşılaşırıq. Belə insanlardan biri də ABŞ-da yaşayan Bruce Campbelldir. Təqaüdçü mühəndis olan Bruce Campbelli digərlərindən fərqləndirən cəhət isə onun yaşayış tərzi ilə bağlıdır. Belə ki, sözü gedən şəxs ilk dəfə 1963-cü ildə istifadə olunan və uzun illər məşhur sərnişin təyyarəsi olan Boeing 727-də yaşayır. 64 yaşındaki Campbell 6 aydır ki, ABŞ-ın Oregon əyalətinin Portland adlı şəhərində yerləşən təyyarədə yaşadığını və bu təyyarə-evin uzun müddətdir ki, xəyallarındakı ev olduğunu söyləyir. Təyyarəni bir neçə il əvvəl 100 min dollara satın aldığını bildirən ABŞ vətəndaşı hazırda Boeingin yeni bir modelini almağı düşünür. Səbəbi isə arada-bir getdiyi Yaponiyada da bir təyyarə-evin olmasını istəməyidir. Campbell hazırda sahibi olduğu Boeing727-də sadə bir həyat tərzi yaşayır. Yeməklərini mikrodalğalı sobada hazırlayır, dəlik-deşik olanda bir duş kabinəsində duş alır. Lakin, bunlara baxmayaraq, Bruce Campbell yaşadığı bu həyat tərzindən olduqca xoşbəxt olduğunu qeyd edir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












