"OPEC+": Dünyada bu il neft qıtlığı yaşanacaq

"OPEC+"ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Texniki Komitəsi 2021-ci ildə dünyada neft təklifinin defisiti (qıtlığı) üzrə proqnozunu endirib.
Rusiya mətbuatına istinadən verilən məlumata görə, komitə gündəlik qlobal neft təklifinin defisitinin 0,8 milyon barel olacağını proqnozlaşdırır.
Öncəki proqnoza görə, bu göstəricinin 1,2 milyon barel olacağı ehtimal edilirdi.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək. Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barel olub. Qeyd olunan həcmlərin 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib. Bununla da Azərbaycan “OPEC+” razılaşması çərçivəsində öhdəliklərini, demək olar, tam yerinə yetirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












