«Ordumuz Murovda ermənilərin iki postunu ələ keçirib»

Sabiq deputat, Daşkəsənin icra başçısı Əhəd Abıyev aznews.az-a müsahibəsində Azərbaycan hərbçilərinin bir neçə ay əvvəl ermənilərin iki postunu ələ keçirdiyini açıqlayıb. Eks-deputat daha sonra qeyd edib ki, özü də həmin postda olub: “Son 4 gündə erməni silahlıları Azərbaycan silahlı qüvvələrini, o cümlədən yaşayış sahələrini atəşə məruz qoyur. Azərbaycan tərəfi 13 şəhid veribsə, bu günlərdə mənə daha ciddi mənbədən verilən məlumata görə erməni tərəfi 51 hərbiçisini itirib. Amma onlar nədənsə bunu gizlədir. Bu da başa düşüləndir. 6-7 ay öncə Azərbaycanın silahlı qüvvələri Murovdağda erməni hərbiçilərin yerləşdikləri iki postu ələ keçirib. Şəxsən mən həmin postlarda olmuşam. İnanıram ki, hərbiçilərimiz ölkə başçısının bir əmri ilə qısa zaman kəsiyində İrəvana da bayraq sancar. Amma biz sülh istəyirik və bu münaqişəsinin müharibəsiz həlinin tərəfdarıyıq. Hazırda da rayonun cəbhə boyu əraziləri arada bir erməni silahlı qüvvələri tərəfinin atəşinə məruz qalsa da, hərbiçilərimiz onları dərhal susdurur və itkiyə məruz qoyurlar. Bir sözlə Azərbaycan xalqı, o cümlədən Daşkəsən əhalisi istənilən vaxt torpaqlarımızı azad etmək üçün döyüşə hazırdır”.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ













