"Orta Dəhliz ilə 1500 blok qatar hərəkət edəcək"

Ortamüddətli dövrdə Orta Dəhliz və Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti (BTQ) vasitəsi ilə Türkiyə və Çin arasında ildə 200 blok qatarın hərəkəti planlaşdırılır. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu marşrutla ildə 1 500 blok qatar və 6,5 milyon ton yükün daşınması hədəflənir:
“Həmçinin Türkiyə ilə Çin arasında yüklərin çatdırılma müddətini 12 gündən 10 günə endirməyi planlaşdırırıq”.
A.Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq:
“Bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb marşrutu üzrə ticarətin artmasına müsbət töhfə verəcək. Orta Dəhlizin səmərəliliyinin artması ilə Azərbaycan ərazisindən Xəzər dənizi üzərindən inkişaf etdirilə biləcək layihələr, həm də Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əldə ediləcək əməkdaşlıqla ölkəmizin regiondakı strateji mövqeyi artacaq”.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdi. Ümumi uzunluğu 757 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 429 kilometri Azərbaycan, 220 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə sərhədləri daxilindədir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO










