"Orta Dəhliz TDT ölkələri üçün ABŞ-yə ən qısa marşrut ola bilər" - Umberto de Pretto

Orta Dəhliz Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün təkcə Avropaya deyil, həm də ABŞ-yə ən qısa marşrut ola bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Umberto de Pretto Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.
"Belə ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr malları Orta Dəhliz vasitəsilə Çinə, buradan isə limanlar vasitəsilə ABŞ-ın şərq sahilinə göndərə bilərlər. Orta Dəhliz boyunca əldə edə biləcəyimiz hər şey qlobal ticarətə təsir göstərəcək. Lakin 25 il əvvəlki hesabatda biz maneələrin olduğunu müəyyən etdik. Əgər Orta Dəhliz boyunca getmək bu qədər asan olsaydı, biz hamımız bunu artıq etmiş olardıq. Bizim infrastrukturla bağlı çağırışlarımız var. Ticarəti asanlaşdırmağın yeganə yolu gömrük kimi idarə etdiyiniz prosedurlardan keçir", - o vurğulayıb.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
2024-cü ildə Çindən Orta Dəhlizlə daşınmış yüklərin həcmi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri keçib.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












