"Orta Dəhlizin inkişafına xüsusi diqqət yetiririk” - Nazir

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBNM, Orta Dəhliz) inkişafına xüsusi diqqət yetirir. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev Astanada keçirilən "Qazaxıstan – İtaliya" biznes forumunda bildirib.
"Dənizə çıxışı olmayan ölkə kimi Qazaxıstan daim alternativ logistik marşrutlar axtarışındadır. Bu baxımdan, logistik zəncirlərin yenidən qurulması fonunda Şimal dəhlizinə alternativ olaraq getdikcə daha vacib və xüsusi rol qazanan Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilir", - nazir qeyd edib.
Onun sözlərinə görə, 2024-cü ildə Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 63% artaraq 4,1 milyon tona çatıb, konteyner daşımaları isə 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib:
“Bunlar, mühüm artım göstəricisidir”.
A.Şakkaliyev həmçinin deyib ki, Qazaxıstan İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır:
"İtaliya maşınqayırma, sənaye dizaynı və enerji texnologiyaları kimi sahələrdə tanınmış dünya lideridir, Qazaxıstanın iri layihələrində iştirak edə bilər".
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












