Ötən ay 78 mindən çox avtomobil icbari sığortalanıb

Bu ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78,396 müqavilə qeydiyyata alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə İSB-dən verilən məlumata görə, bunların 13,769-u xarici ölkədə qeydiyyata alınmış və ölkəyə tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri olub. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,3 milyon manat təşkil edibr. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilib.
2015-ci ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 476 minə yaxın sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 36,4 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə olunub.
“Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İB ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
"Bütün sürücülər maşın sürməli deyil" - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










