Ötən il DGK büdcəyə 4,3 milyard manatdan çox vəsait köçürüb

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təliminin ikinci günü davam edir.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlının “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib.
Onun sözlərinə görə, gömrük ödənişlərinin toplanması üzrə ötən ildə DGK tərəfindən 4,3 milyard manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb: “Bununla da proqnoza 111,29 faiz əməl edilib. Yəni nəzərdə tutulan proqnozdan 440,37 milyon manat artıq toplanılıb”.
Qurumun rəsmisi onu da bildirib ki, gömrük orqanlarının birbaşa vəzifəsi gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaqdır:
“Eyni zamanda narkotiklərin, silahların, mədəni sərvətlərin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq əsas vəzifələr sırasındadır”.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












