Oturacağı sökülən avtobusların məsələsi böyüyür - VİDEO

Bakıya yeni gətirilən avtobuslarda əlillər üçün nəzərdə tutulmuş oturacaq yerləri sökülüb. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Şəkillərin 88 saylı marşrutda çəkildiyi bildirilir. Marşrutun sürücüsü avtobusa daha çox sərnişin yığmaq üçün bu addımı atdığını özü təsdiq edib. Artıq Nəliyyat Nazirliyi məsələ ilə bağlı məlumat yayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, bu barədə məlumat yayılan kimi araşdırmalara başlanılıb. Məlum olub ki, belə qayda pozuntusu təkcə 88 saylı xətt avtobusunda deyil, digər avtobuslarda da qeydə alınıb. Araşdırmaların nəticəsindən sonra isə həm sahibkar həm də sürücülər cəzalandırılacaq. Artıq avtobus sürücülərinə xəbərdarlıq olunub. Oturacaqları sökülən avtobuslar cərimə meydançasına aparılacaq və həmin avtobus istismara yararsız hesab olunacaq. Araşdırmaların isə yaxın vaxtlarda tamamlanacağı bildirilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












