Özünə od vuran sürücü ölümlə çarpışır

"Özünü yandıran mikroavtobus sürücüsünün bədəninin 30% hissəsi yanıb. Hazırda o, reanimasiya şöbəsində müayinə olunur". Bunu Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib. O bildirib ki, yuxarı tənəffüz yollarında yanıqlar olduğu üçün həmin şəxs üçün həyati təhlükə var: "Bir az gözləmək lazım gələcək. Əgər 3-4 günlük müddətdə bir problem olmazsa yanıq keçib gedəcək, əks təqdirdə acı nəticə ola bilər", - deyə baş həkim anspress-ə bildirib.
Qeyd edək ki, ötən gün Arzuman Hümbətov “20 Yanvar” dairəsinin yaxınlığında üzərinə benzin tökərək yandırıb. Sürücü ağır vəziyyətdə Respublika Yanıq Mərkəzində reanimasiyaya yerləşdirilib. Onun üz, çənə və sinə nahiyəsinin yandığı məlum olub. ilkin ehtimallara görə, A.Hümbətovun nəfəs borusu da xəsarət alıb. Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edilməsindən sonra özünü yandırdığı bildirilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA













