Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib - VİDEO

Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib.
Avtosfer.az xəbər verir ki, Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası iyulun 21-də Baş Konsulluğun qarşısında keçirilmiş aksiya zamanı erməni daşnakları tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirilmiş zorakılığı və vəhşiliyi kəskin şəkildə pisləyən bəyanat yayıb.
Bəyanatda hadisə haqda ətraflı məlumat verilərək, bunun narahatlıq doğurduğu, yaxın tarixdə Los-Ancelesdə ilk dəfə olaraq beynəlxalq münaqişə zəminində bu cür çirkin formada vəhşiliyin həyata keçirildiyi vurğulanır.
Bəyanatda həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqda danışılaraq, beynəlxalq ictimaiyyətin işğal olunmuş ərazilərimizin Azərbaycanın ərazisi kimi tanımasına baxmayaraq, buna məhəl qoymayan Ermənistanın qanunsuz işğalı davam etdirdiyi bildirilir. ABŞ-ın məsələ ilə bağlı mövqeyi qeyd olunaraq, onun Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı diqqətə çatdırılır.
Bu bəyanatı yayan Pakistan Şurası həmçinin öz üzvlərinə müraciət edərək, konqresmenləri ilə əlaqə saxlamalarını və erməni daşnaklarının bu zorakılığı haqda onları məlumatlandırmalarını xahiş edib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











