Pandemiya dövründə məişət zorakılığı ilə bağlı statistika açıqlanıb

2020-ci ilin iyunun 17-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan ərizələrin sayı məlum olub.
Dövlət Komitəsindən Avtosfer.az-a bildirilib ki, qeyd olunan tarixədək 98 məişət zorakılığı ilə bağlı ərizə daxil olub.
Bildirilib ki, rayon icra hakimiyyətlərindən məişət zorakılığı ilə bağlı 50 cavab məktubu qeydə alınıb, cavab məktublarının əsasında 3 mühafizə orderi verilib.
300-dən çox vətəndaşa həm Komitənin "Facebook" səhifəsi, həm də telefon danışıqları vasitəsilə müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilib və aidiyyəti müraciətlər müvafiq orqanlara yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində məişət zorakılığı ilə bağlı 646 cinayət hadisəsi qeydə alınıb. Bu da həmin müddətdə qeydə alınan cinayət hadisələrinin 4,9 faizini təşkil edir.
Qeyd olunub ki, bu, əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 4,7 faiz azdır.
Rəsmi statistikaya əsasən, məişət zorakılığı ilə bağlı cinayətlərin 6,3 faizi sərxoş vəziyyətdə törədilib.
Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 5,2 faiz azalaraq 663 nəfər olub. Onların da 77,1 faizini qadınlar, 1,4 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edir.
Qeyd edək ki, dünyanın əksər ölkələrində pandemiya dövründə məişət zorakılığı hallarının sayı artıb.
Bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Lənkəran iqtisadi rayonu üzrə 1,5 dəfə, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 30,8 faiz, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 20 faiz, Aran iqtisadi rayonu üzrə 11 faiz, Bakı şəhəri üzrə 8,7 faiz, Abşeron iqtisadi rayonu üzrə 2,4 faiz azalma, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 2 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 37 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 30,9 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 7,7 faiz artım müşahidə olunub.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












