Pandemiyadan sonra yeni xəstəlik: 5 milyard insan tutula bilər

Pandemiya dövründə insanların böyük əksəriyyəti təhsilini və işini evdən distant formada idarə edir. Nəticədə planşet, kompüter və smartfonların istifadəsinə geniş yer verilir.
Milli.Az bildirir ki, bu cihazlardan mütəmadi istifadə miyop (uzağı görməmək ) xəstəliyinə gətirib çıxarır.
Niderland və Çində aparılan araşdırmalar, Covid-19 pandemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətlər nəticəsində görmə zəifliyinin artdığı ortaya çıxarıb.
Mütəxəssislərin fikrincə, bunun səbəbi insanların iş və təhsillə yanaşı, asudə vaxtlarında da planşet, kompüter və smartfonlardan çox istifadə etməsidir.Gözlərimiz daim yaxın yerə fokuslanır və uzağı görmə qabiliyyətini yavaş-yavaş itiririk.
Çində 6-8 yaşlı 120 min uşaq arasında aparılan araşdırmalar zamanı pandemiya səbəbi ilə miyop (uzağı görməmək) xəstəliyinin üç dəfə artdığı müşahidə edilib. Bu xəstəliyin qarşısı alınmadıqda, retina zədələnmələrinə, gözdə yüksək təzyiq nəticəsində yaranan kataraktaya və hətta sonrakı yaşlarda korluğa da səbəb ola bilir.
Göz sağlamlığı ilə bağlı araşdırma aparan Brien Holden İnstitutunun mütəxsəssisləri, 21-ci əsrin ortalarına qədər dünyada təxminən beş milyard insan bu xəstəliyə tutula biləcəyini açıqlayıb./Axsam.az
Xüsusilə sənayesi inkişaf edən ölkələrdə bu rəqəm son illərdə xeyli artmışdır. Tədqiqatlar göstərib ki, təhsil imkanları və ali təhsil səviyyələrinin artmasının görmə zəifliyinin yayılması birbaşa əlaqəsi var.
Mütəxəssislər kompüterlər, smartfonlar və tabletlərdən mütəmadi istifadəni azaltmağı və çöldə təmiz havada xeyli vaxt keçirməyi tövsiyyə edirlər.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!








