Park etmək istədi, maşını aşırdı - VİDEO

Sürücünün ani diqqətsizliyi sonda maşının əzilməsilə nəticələnib. ANS-in məlumatına görə, Nizami rayonu, Qara Qarayev prospektində “Toyota” markalı minik maşını hündürlükdən yola aşıb. Şahidlərin sözlərinə görə, həmin ərazini orada yaşayanlar və işləyənlər dayanacaq kimi istifadə edirlər. Elə maşın sahibi də həmişəki qaydada avtomobilini park etmək istəyib. Lakin maşının əyləc sistemi əvəzinə sürət pedalından istifadə etməsi, sonda maşının səkiyə düşməsilə nəticələnib. “Toyota”nın ön hissəsi səkidə, arxa hissəsilə daş hasardan asılı qalıb. Xoşbəxtlikdən hadisə zamanı piyada səkisində heç kimi olmayıb. Bu da qəzanın xəsarətsiz ötüşməsilə nəticələnib. Sürücü özü də qəzadan yara almayıb. Amma maşına bir qədər maddi ziyan dəyib. Avtomobili normal vəziyyətə gətirmək üçün əraziyə qaldırıcı kran çağırılıb. Bir neçə cəhddən sonra maşını əvvəlki duruş formasına qaytarmaq mümkün olub.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












