Paşinyan bu tarixləri arasında istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan qanunverici orqanın buraxılması və iyunun 20-nə təyin edilmiş erkən parlament seçkiləri keçirilməsi üçün 20 aprel - 5 may tarixləri arasında formal olaraq istefa verməlidir.
Bunu Paşinyanın aparat rəhbəri Arsen Torosyan “Sputnik Armenia”ya bildirib.
“Milli Məclisin buraxılması və erkən seçkilərin keçirilməsi məqsədi ilə baş nazirin istefası şərtlərinə gəlincə, Torosyan bunun 20 aprel - 5 may arasında olacağını deyib. Bu müddət qanunla nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunub.
Baş nazirin aparat rəhbri qeyd edib ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı qərargahına ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan rəhbərlik edəcək. Qərargahın işini Torosyanın özü, ətraf mühit naziri Romanos Petrosyan və baş nazirin baş məsləhətçisi Araik Arutyunyan koordinasiya edəcək. (APA)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












