Paşinyan Fransaya niyə gedib? Ermənistanda hakimiyyət mübarizəsi qızışır? - POLİTOLOQ

Artıq bir neçə aydır Ermənistanda Paşinyan hökuməti ilə kilsə və onun tərəfdarları uğrunda gərgin hakimiyyət mübarizəsi gedir.
Avtosfer.az xəbər verir ki, cəmi bir neçə ayda onlarla kilsə nümayəndəsi, eləcə də onun tərəfdarı olan şəhər merləri, məmurlar həbs edilib. Bu gün isə Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumuna qatılmaq üçün Fransaya səfər edib. Tədbir zamanı Paşinyanla Fransa Prezidenti Emanuel Makronun görüşü də nəzərdə tutulub.
Beynəlxalq ictimaiyyətdə Paşinyanın Fransaya səfəri müxtəlif məsələlərlə əlaqələndirilir. Bir tərəfdən onun ölkəsi üçün yeni iqtisadi imkanlar yaratması ilə bağlı fikirlər səsləndirilsə də, digər tərəf Paşinyanın hakimiyyəti möhkəmləndirmə planları barədə danışır.
Politoloq Zeynəl Əmrəliyev Avtosfer.az-a açıqlamaında bildirib ki, Fransa və Ermənistan arasındakı əlaqələr yüksək səviyyədə davam edir. Yəni, iki ölkənin münasibətlərində hansısa bir gəlginlik yoxdur. Fransa Avropada, daha doğrusu Qərbdə Ermənistanın əsas müttəfiqi olaraq qalıb. Bu faktdır:

“Nikol Paşinyan da çalışır ki, münasibətləri daha da gücləndirsin və parlament seçkiləri öncəsində, təbii ki, rusmeyilli müxalifətə qarşı Qərbdən dəstək gözləyir. Qərbi ən güclü ölkələrindən birinə, məhz Fransaya gedir. Burada birinci məqsəd - siyasi müxalifətə qarşı Fransadan, yəni Qərbdən dəstək almaqdır və buna görə Fransaya gedir, ən güclü olduğu ölkə ilə başlayır.
İkinci bir məqsəd isə, Qərbdə olan erməni diasporunu susdurmaqdır. Paşinyan maksimum dərəcədə çalışır ki, erməni diasporunun hələ ki, səsini kəssin və daxildəki qüvvələrlə mübarizə aparsın. Çünki Paşinyan hazırda kilsə üzərinə hücuma keçib. O yaxşı bilir ki, seçkilərdən salamat çıxmaq, yəni istənilən nəticəni əldə etməsi üçün məhz kilsəni neytrallaşdırmalıdır.
Kilsənin də ən böyük havadarı erməni diasporudur. İndi Nikol Paşinyan maksimum dərəcədə çalışacaq ki, Makronla görüşü zamanı Fransada olan erməni diasporunu susdursun. Bilirsiniz ki, erməni diasporunun Qərbdə ən güclü köç saldığı ölkə məhz Fransadır, ABŞ ilə bərabər Fransada da erməni diasporu çox güclüdür. Paşinyan da istəyir ki, onun kilsə ilə mübarizəsi zamanı diaspor səsini çıxarmasın. Əgər bu prosesi həyata keçirə bilsə və diasporadan istədiyi cavabı alıb Ermənistana qayıtsa, o zaman biz Ermənistanda kilsəyə qarşı yeni əməliyyatların şahidi ola bilərik. Paşinyan bu dəfə söhbəti tamamilə həll etmək üçün kilsə üzərinə həlledici hücuma keçəcək və eyni zamanda siyasi müxalifətin də neytrallaşdırılması istiqamətində adımlar atacaq”.
Səfər
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










