Paşinyanın ABŞ və Avropanı “qapı-qapı gəzmək”də məqsədi nədir? – POLİTOLOQ AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 1-i Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində iştirak etmək məqsədilə ABŞ-yə səfər edib. Ermənistan hökuməti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yaxınlaşmaq üçün dəridən qabıqdan çıxıb. Bu baxımdan Paşinyanın ABŞ-yə səfəri həm bu ölkə, həm də dünya mediası üçün sürpriz kimi qarşılanıb. Hökumət başçısı Vaşinqtonda Atlantik Şurasında keçirdiyi görüşlərdə region ölkələri ilə münasibətlər, sülh prosesi ilə bağlı müzakirələr aparıb. Lakin Nikol Paşinyan gözlənilməz sürprizlə qarşılaşıb. Müzakirələrin apardığı, debatlara qatıldığı bir dönəmdə Atlantik Şurasının saytında Azərbaycanla bağlı geniş məqalə dərc edilib. Məqalədə Azərbaycan etibarlı, tolerant və sülh tərəfdarı olan ölkə kimi xarakterizə olunub.

ABŞ-də ümidləri puça çıxan Paşinyan ümidi başqa qapıda axtarmağa məcbur olub. Özlərinin etibarlı tərəfdaşı, eləcə də Ermənsitanın tarixi boyunca bu dövlətə havadarlıq edən Fransaya Süni İntellekt Sammitində iştirak adı ilə yola düşüb. Görünür, hökumət başçısının Fransadan da əli üzülüb, yaxud istədiyi nəticəni əldə edə bilməyib ki, sorağı Almaniyadan gəlib.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Avtosfer.az saytına şərhində deyib ki, Nikol Paşinyan ölkəsi üçün təhlükəsizlik təminatı almağa çalışırdı:

“Əgər Paşinyan ölkəsini Rusiyadan siyasi və hərbi cəhətdən uzaqlaşdırmaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyinə nail olmaq istəyirsə, o boşluğu Avropa və ABŞ-nin hesabına doldurmaq qarşısındakı başlıca vəzifəyə çevrilib. Danışıqlar isə Paşinyanın gözlədiyi nəticəni vermədi. Çünki həm Avropa, həm də ABŞ Ermənistana təhlükəsizlik təminatı vermək gücünə və imkanına sahib deyil. Ermənistan həmin regionlar üçün çox uzaqdır. Bu ölkələr təhlükəsizlik təminatı verə bilsəydi, elə Ukraynaya verərdilər. Ukrayna qeyd edilən ölkələrə bir köynək daha yaxındır, nəinki Ermənistan. Həm də Ukraynadakı vəziyyət çox ağırdır və bu ölkə ilə bağlı danışıqlar hələ də davam edir.

Digər tərəfdən Paşinyan Avropa və ABŞ-yə dilənməyə getməsinə baxmayaraq, Azərbaycan və türkiyə ilə münasibətləri normallaşdırmadan təhülkəsizlik məsələlərinin həll olunmayacağını, ümumilikdə, ölkəsi naminə müsbət heç nə əldə edə bilməyəcəyini də açıqlayıb. Paşinyan əvvəlcə bu dediklərini həll etməli, Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına salmalıdır. Bunun üçün də sülh sazişinin imzalanmasını təmin etməli, Konstitusiyada dəyişikliyə şərait yaratmalı, Zəngəzur dəhlizini açmalıdır. Bunları etmədən ABŞ-yə, Avropaya getməyin heç bir mənası yoxdur. Digər tərəfdən ABŞ-də hakimiyyət dəyişib, heç Ermənistan onların marağında da deyil.

Politoloq sonda əlavə edib ki, Almaniyada da bu həftə seçkilər baş tutacaq. Hakimiyyətə kimin gələcəyi onsuz da bilinmir. Bu məsələnin özü də Paşinyanın seçiminə mənfi təsir göstərəcək.
Səfər
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












