“Paşinyanın qalib gəlmək gözləntisi yoxdur”

“Bu cür ciddi bir hərbi qarşıdurmaya başlayarkən Nikol Paşinyanın gözləntilərinin nə olduğu çox maraqlıdır, çünki onun özü, müdafiə naziri və bu məsələ ilə əlaqəli bütün Ermənistan rəsmiləri yaxşı anlayır ki, bu gün Azərbaycan Ermənistandan qat-qat güclüdür”.
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq Tengiz Txilava deyib. Onun sözlərinə görə, regionda destabilizasiya yaratmağa yönəlmiş belə bir addım atarkən Ermənistan rəhbərliyinin qalibiyyət ümidi və gözləntisi olmayıb.
“Təəssüf ki, qonşu Ermənistan bir daha Azərbaycana qarşı destabilizasiyanın təşəbbüskarı oldu. Artıq buna destabilizasiya da demək olmur, faktiki olaraq artıq müharibə başlayıb. Bunun səbəbini tapmaq üçün hər şeydən əvvəl Ermənistanın indiki vəziyyətinə nəzər salmalıyıq.
Aydın görünür ki, ölkənin istər daxili və xarici siyasəti, istərsə iqtisadiyyatı Rusiyadan asılıdır və bu ölkədən idarə olunur. Hərbi cəhətdən də Ermənistan tamamilə Rusiyadan asılıdır. Ona görə də düşünürəm ki, bu vəziyyətdə olan bir dövlət hər hansısa bir addım atmadan öncə mütləq bir şəkildə Rusiyaya xəbərdarlıq edib”, - deyə o əlavə edib.
T. Txilavanın sözlərinə görə, Paşinyan hakimiyyəti sələflərindən fərqli olaraq, xaricdəki erməni diasporunun da münaqişəyə cəlb edilməsinə səy göstərir və bu, onun yaxın vaxtlarda hakimiyyətdən gedəcəyinə işarədir: “Paşinyanın indiki mövqeyi əvvəlki kimi, çox da iddialı deyil. İlk vaxtlar bir çox vəd verildi, amma həyata keçirilmədi. Epidemioloji vəziyyətin idarə oluna bilinməməsi və iqtisadiyyatın pisləşməsi isə onun nüfuzunu zəiflətdi. İndi Paşinyan çalışır ki, insanların diqqətini başqa yönə çəkərək mövqeyini az da olsa əlində saxlaya bilsin. Ermənistanın hazırkı hökuməti elə addımlar atır ki, indiyədək heç bir hakimiyyət bu cür addımlar atmayıb. Xaricdəki erməni diasporunun müharibəyə cəlb edilməsi buna nümunə ola bilər. Əvvəl bu cür hal baş vermirdi, bizim yadımızdadır ki, iyul toqquşmaları zamanı Azərbaycanın diaspor nümayəndələrinin müxtəlif ölkələrdə keçirdiyi dinc aksiyalara necə hücum edirdilər. Bu, onu göstərir ki, Nikol Paşinyan artıq getmək üzrədir. Onun indiki vəziyyətdə qalib gəlməsi isə qeyri mümkündür. Biz görürük ki, Azərbaycan tərəfi bir gecədə nə qədər uğurlar əldə etdi və irəlilədi. Təbii ki, hər zaman olduğu kimi Ermənistan tərəfi bunu etiraf etmədi, ancaq “Qarabağ”ın “prezidenti” məcbur qaldı ki, itkilərini etiraf etsin. Azərbaycan üçün öz torpaqlarının azad edilməsi çox vacibdir”.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










