Paytaxt sakini boğazından bıçaqlanıb
Gündəm
1 Avqust 2020 09:35
Oxunub 766

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər boğazından bıçaqlanıb. Hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib.
1985-ci il təvəllüdlü Qurbanov Xalid Allahşükür oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o, boğazından bıçaq xəsarəti alıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (APA )
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













