Yollardakı vəziyyəti göstərməli olan məlumat lövhələri niyə işləmir? - DYP-dən AÇIQLAMA

Paytaxt yollarında vəziyyəti, tıxacın olub-olmadığını göstərməli olan məlumat lövhələrinin əksəriyyəti işləmir. Avtosfer.az-ın məlumatına görə, bu problemin həcmi küçə və prospektə görə dəyişir. Yaranan problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Trend-ə bildirib ki, Nəqliyyatı İntelektual İdaretəmə Mərkəzinə bağlı olan infrastrukturun təhvil-təslim prosesi başa çatmadığı üçün sistemə tam texniki müdaxilə etmək səlahiyyəti formalaşmayıb: ''Poblemin aradan qaldırılması üçün zəruri addımların təhvil-təslim prosesindən sonra atılması mümkün olacaq'',- deyə idarənin baş inspektoru bildirib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.
Bu barədə Prezident İlham Əliyevin yeddi fevralda imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.
Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsi bir ay müddətində təmin edilməlidir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO













