Paytaxtda cavabsız tapmaca: Qaz xətti birinci çəkilib, yoxsa piyada səkisi? - FOTO

Hər zaman cavabı tapılmayan suallar olub və olacaq. Onlardan ən maraqlısı isə “birinci toyuq yaranıb, yoxsa yumurta?” deyib keçdiyimiz məsələdir. Bu misalı əbəs yerə çəkmədik. Çünki Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakinləri təxminən belə bir suala cavab axtarırlar, lakin tapa bilmirlər. Avtosfer.az xəbər verir ki, paytaxtın Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində yaşayan sakinlər piyada səkisi boyunca gedən qaz borusundan şikayətçidir. Şikayət sakinlər tərəfindən sosial şəbəkə üzərindən paylaşılıb. Sakinlər deyir ki, qaz borusu bütün küçə boyu bu qaydada davam edir: “Heç kim deyə bilməz ki, əvvəl qaz xətti çəkilib, sonra səkini tikiblər. Bəs, niyə qaz borusu səkinin düz ortası ilə çəkilib?” Aidiyyəti qurumlara müraciət edilsə də, sakinlərə problemin həlli istiqamətində heç bir cavab verilməyib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












