Paytaxtda maşın oğrusu saxlanılıb - FOTOLAR

Paytaxtda avtomobil qaçıran şəxs polis tərəfindən saxlanılıb. Bakı şəhər sakini Seymur Əhmədov ona məxsus avtomobilin oğurlanması ilə bağlı polisə müraciət edib. Xəzər rayon Polis İdarəsində avtomobilin tapılaraq, aşkar olunması istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirilib. Seymur Əhmədova məxsus minik maşını Nəvai postunda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alayının Nəzarət Postunda saxlanılıb. Araşdırma zamanı məlum olub ki, avtomobili Saatlı rayon sakini 28 yaşlı Elmar Fətullayev qaçırıb. Saxlanılan şəxs avtomobili oğurlamadığını, rayona getmək üçün müvəqqəti götürdüyünü söyləyib. O, bildirib ki, maşının sahibi dostunun iş yoldaşıdır. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Seymur Əhmədova məxsus "Saipa" markalı avtomobil Buzovna-Mərdəkan yolunda qaçırılıb. Elmar Fətullayev maşının qapısını özündə olan açarlar vasitəsi ilə açıb. Faktla bağlı Cinayət Məcəlləsinin 185.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO














