Paytaxtın bütün ərazilərində polis nəzarəti gücləndirilib - VİDEO

Bakı ərazisində polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər.
APA xəbər verir ki, saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın bütün ərazilərində polis nəzarəti gücləndirilib. Saat 21:00 dan sonra əhaliyə xəbardarlıq üçün Post Patrul Xidmətinə məxsus avtomobillərdə audio səs yazısı vasitəsilə məlumat verilir.
Küçə və prospektlərdə avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobilin yük yerində baxış keçirilir. Paytaxtın müxtəlif ərazilərində qurulan postlarda təkcə avtomobillər deyil, həm də piyada gəzən şəxslər də saxlanılaraq yoxlanılır. Buraxılışı olmayan şəxslər polis bölməsinə aparılır.
Qeyd edək ki, komendant saatı rejimi sentyabr ayının 28-dən qüvvədədir.
Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI











