Paytaxtın mərkəzi yollarından biri təmirə bağlandı

Bakının yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam edir. Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq təmir işlərinə başlanılıb. Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsinin kəsişməsinə qədər olan yol artıq bir neçə gün olar kı, bağlanıb. Buna səbəb isə yolda təmir işlərinin aparılmasıdır. 4 gündür bağlanan yol hələ bir neçə gündə bağlı olacaq. Hazırda ərazidə kommunikasiya quyularının dəmir beton piltələri dəyişdirilir və kommunikasiya xətti ilə bağlı qazılmış ərazilərdə kipləşdirmə işləri aparılır. İşlər yekunlaşdıqdan sonra yolda qaşınma işləri aparılacaq. Köhnə beton örtüyü qaşınaraq yeni asfalt örtüyü çəkiləcək. Yolun kənarları yenidən düzəldiləcək. Ərazidə maşınların hərəkətinə məhdudiyyət qoyulub. Avtomobillərə isə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görüb: “Bunun üçün kifayət qədər alternativ yollarımız var. Sürücülər Hənifə Ələsgərova və Nəsibbəy Yusifbəyli küçələrindən istifadə edə bilərlər”. Yolun nə vaxt təmir olunub, istifadəyə veriləcəyi isə hələ dəqiq məlum deyil. ANS
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












