Peyvənd olunduqdan sonra da qapalı məkanlara maskasız getməyin - Mütəxəssis

Peyvənd olunduqdan sonra xəstəliyə tutulmaram deyib, qapalı məkanlara maskasız getməyin. Vaksinasiyadan sonra da eyni qayda ilə qorunmaq, qapalı məkanlara tibbi maska ilə getmək lazımdır.
Bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, peyvənd olunmaq "xəstəliyə tutulmayacağam" demək deyil. İnsan bu halda xəstəliyi yalnız yüngül və asimptomatik formada keçirir.
Mütəxəssis əlavə edib ki, son zamanlar xəstəliyin daha ağır formada keçirilməsi hallarına da rast gəlinir.
Bunu insanların kortəbii qaydada müalicə olunması ilə izah edən Y.Abdiyeva erkən diaqnostikanın qoyulmasını çox vacib sayıb: "Ağır xəstələrin sayının çoxalmasının əsas səbəbi evdə aparılan qeyri-düzgün, kortəbii müalicədir. Bir az soyuqlamışam deyərək, həkimə gec müraciət etmək, rezerv antibiotiklərlə immun sistemini zəiflətmək və s. - bunlar hamısı xəstəliyin ağır keçməsinə səbəb olur. Lakin erkən diaqnostika tez sağalma deməkdir. Yas yerləri, qonaqlıq və digər tədbirlərə müvəqqəti getməyin. Özünüzü, ailənizi və ətrafınızı qoruyun!" (Trend)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












