Peyvənd olunmayan sürücülərin avtomobilləri texniki baxışdan keçirilməyəcək? - AÇIQLAMA

“Yol polisinin sürücü peyvənd olunmadığına görə avtomobilini texniki baxışdan keçirməkdən imtina etmək kimi səlahiyyəti yoxdur və yayılan məlumat şaiyədir”. Bunu Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspert bildirib ki, sürücü peyvənd olunmayıb deyə avtomobilinin texniki baxışından imtina edilə bilməz: “Belə çıxır ki, peyvənd olunmayan şəxslərə sürücülük vəsiqəsi də verilməməlidir?! Pandemiya vəziyyəti ilə əlaqədar olaraq, doğrudur ki, insanların sağlamlığı üçün müəyyən addımlar atılır. Sağlamlıqla bağlı belə qaydaları tənzimləmək, əsasən, səhiyyəyə aid olan bir məsələdir. Avtomobilləri texniki baxışdan keçirmək üçün qanunla müəyyən edilmiş qaydalar var ki, imtina haqda əsaslar da məhz həmin qanunla müəyyən edilir. Yalnız müəyyən problemlər olduğu halda texniki baxışdan keçirilmədən imtina edilə bilər. Misal üçün, əvvəlki texniki baxış zamanı aşkar edilən qüsurlar ikinci texniki baxışda da aşkar edildikdə, yəni sürücü aşkar edilmiş problemi 1 il ərzində aradan qaldırmadıqda, avtomobilin parametrləri uyğun gəlmədikdə, oğurluq maşındırsa, sürücü cərimələri ödəmirsə və s. bu kimi hallar zamanı müraciətin yerinə yetirilməsindən imtina edilir. Başqa heç bir halda texniki baxışdan imtina oluna bilməz”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












