Pilotsuz təyyarə 7 nəfəri məhv etdi

Amerikaya məxsus pilotsuz uçan təyyarə Pakistanın Şimali Vəziristan bölgəsində yaşayış evinə hücum edib. «Express Tribune» qəzetinin elektron versiyasının verdiyi xəbərə görə, aviazərbə nəticəsində ən azı altı yaraqlı məhv edilib, daha iki nəfər yaralanıb. Pilotsuz təyyarənin yaşayış evinə iki raket zərbəsi endirdiyi bildirilir. Hücuma məruz qalan tikilinin "Taliban" və "Əl-Qaidə" ilə sıx əlaqəsi olan "Həqqani şəbəkəsi" adlı ekstremist qruplaşmasının səhra komandirlərindən birinə məxsus olduğu bildirilir. Bu ABŞ pilotsuz təyyarələrinin sözü gedən bölgədə iyun ayından etibarən həyata keçirdiyi ilk əməliyyatdır.
Pakistan öz ərazisində Amerika pilotsuz təyyarələrinin istifadəsini dəfələrlə pisləyib. Rəsmi İslamabad bu cür hərəkətləri ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsd kimi qiymətləndirir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












