Piyada keçidi uçdu, 6 yaralı var - FOTOLAR-VIDEO - YENİLƏNİB

Bakıda yerüstü piyada keçidi uçub. Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb.
***
Bakı şəhərində piyada keçidinin uçması nəticəsində 6 nəfər xəsarət alıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, piyada keçidinin uçması nəticəsində 27 yaşlı Lalə Məmmədova, 55 yaşlı Nəzakət Məmmədova və şəxsiyyəti məlum olmayan daha 4 nəfər xəsarət alıb. Xəsarət alan Şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib.
***
Bakıda piyada keçidinin uçması ilə nəticələn yol qəzasının təfərrüatları məlum olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyib, nəticədə keçid 99-JK-467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO




















