Piyada keçidinin qarşısı zəncirlənib - VIDEO

Mirqasımov küçəsində, 42 saylı məktəbin qarşısındakı bu piyada keçidi heç öz məqsədinə uyğun istifadə olunmur. Bir tərəfdən dirəyə, digər bir tərəfdən də ağaca qıfıllanmaqla zəncirlənib. Keçiddən istifadə etmək istəyən piyadalar uzun müddət avtomobillərin yol verməsini gözləyirlər. Elə ki, yoldan keçmək imkanı əldə etdilər, digər tərəfdə də zəncirlə qarşılaşırlar. ANS-in məlumatına görə, keçid 42 saylı tam orta məktəbin qarşısında yerləşdiyindən istifadəçiləri kifayət qədərdir. Ərazidə yol keçənlər nə edəcəklərini bilmirlər. Keçiddən istifadə etsələr, zəncirlə qarşılaşırlar. Yol hərəkəti qaydasını pozaraq başqa yerdən keçsələr, qanuna müvafq olaraq 20 AZN cərimə olunacaqlar. Yəni hansısa bir şəxsin və ya qurumun özbaşınalığı qəribə görüntü yaratmaqla yanaşı yüzlərlə insanın hüququnun pozulmasıdır.
Daha bir qəribə görüntü isə Xəzər rayonu ərazisində Buzovna yolunun üstündədir. Dayanacaq sərnişinlərin istifadəsi üçün nəzərdə tutulsa da, qarşısı dəmir arakəsmə ilə kəsilib və sakinlərin istifadəsinə maneə törədir. Cavanlar arakəsmənin üzərindən adlasalar da, yaşlı nəsil bunu edə bilmir.
“Azəryolservis” ASC-nin rəsmisi Pünhan Mürsəliyev dayanacağın yoldakı əyrixətli maneələr çəkildikdən sonra qoyulduğu qənaətindədir. Qurum rəsmisi hər iki halla bağlı qanun pozuntusunun aradan qaldırılacağını bildirdi. Yəni tezliklə piyadalar keçiddən, Buzovna sakinləri də dayanacaqlarında rahatlıqla istifadə edə biləcəklər.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












