Piyadanı vuran sürücünün özü də xəstəxanalıq oldu

Şəkidə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 24-cü kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü, Şəki rayonu Vərəzət kənd sakini Natiq Ələddin oğlu Rəhimov idarə etdiyi “Mercedes” markalı 90 FK 577 dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1990-cı il təvəllüdlü, rayonun Şəki kənd sakini Yusif Nərmən oğlu Cəlilovu vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Y.Cəlilov hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Rəhimov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Şəki RMX-dan APA-ya verilən məlumata görə, N.Rəhimov qəza nəticəsində qapalı kəllə-beyin travması alıb. Hazırda N. Rəhimovun vəziyyəti orta-ağır hesab edilir, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












