Piyadanı vurub qaçan sürücüyə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1951-ci il təvəllüdlü Tofiq Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tofiq Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib. Tofiq Məmmədov 20 yanvar 2014-cü il tarixdə “Mersedes-Benz C180” markalı avtomobili idarə edərkən sürət həddini aşıb. O, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Əntiqə Allahverdiyevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, sonradan məsuliyyətə cəlb olunub. Tofiq Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












