Polis Bakı metrosunda maska reydi keçirdi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirib.
Polis əməkdaşları metronun "28 May" stansiyasında düzgün maska taxmayan şəxlərlə profilaktik söhbət aparıb.
Həmin şəxslərə maskadan düzgün istifadə etməyin vacibliyi çatdırılıb.
DİN-nin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə DİN və polis əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq nəzarət profilaktik tədbirlər davam etdirilir:
“Nazirlər Kabinetinin qapalı məkanlarda, ictimai nəqliyyatda, eləcə də metroda maska taxmağın məcburi olması ilə bağlı qərarına uyğun insanlar bu qərara riayət etməlidir. Maskalardan düzgün istifadə edilməlidir. Maskalar ağız və burun nahiyəsini tam olaraq bağlamalıdır. Əks halda bu həm insan sağlamlığı üçün təhlükəlidir, həm də həmin şəxslər maskadan düzgün istifadə etmədiklərinə görə qanunvericiliyin tələbinə uyğun olaraq cərimə edilirlər. Bu səbəbdən hər kəsi qaydalara əməl etməyə və maskalardan düzgün istifadə etməyə çağırırıq”.
Qeyd edək ki, metroda maska taxılması məcburidir.







Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












