Polis bölməsindən qaçan seksual manyak tutuldu

Bu ilin aprel ayının 19-da Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən qaçan seksual manyak nəhayət tutulub. Bölmədən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər edən Sabunçu rayon Bakıxanov qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımov yenidən yaxalanıb. Onun gənc qızlara qarşı artıq 5 dəfə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi məlum olub. Bildirilir ki, 30 yaşlı İ.Qasımov Xətai və Nizami rayonlarında da qadınlara hücum edirmiş. O, əsasən binaların liftində və dəhlizində qadınlara qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışırmış. İ.Qasımovun bir neçə belə əməli binaların təhlükəsizlik kameralarına da düşüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, seksual manyak özünə məxsus olan “Mercedes” markalı avtomobilə qurbanlarını güdürmüş və onları xeyli müddət izləyirmiş. O, ilkin ifadəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər etdiyini qismən etiraf edib.
Qeyd edək ki, keçən ay 28-ci Polis Bölməsinə gətirilən İ.Qasımov sonra polislərin gözündən yayınaraq qaçmışdı. Bölmədən bildiriblər ki, bu dəfə onun qaçmaq şansı yoxdur və bu şəxsin əməlindən zərər çəkənlər polisə müraciət edə bilərlər.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












