Polis bu qadını həbs etdi - "Topaz" onu da burulğana salıb - VİDEO

Nərimanov rayon polisi şirkətlərdən birinə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq cinayətinin üstünü açıb. Avtosfer.az-ın məlumatına görə, şirkətin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə müraciət olunub. Əməliyyat nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar. Saxlanılan şəxslərin ifadəsi zamanı məlum olub ki, soyğunçuluq hadisəsinin təşkilatçılarından biri elə həmin şirkətin xəzinadarı Səidə Məmmədovadır.
O da məlum olub ki, Səidə Məmmədova şirkətin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsiri aradan qaldırmaq üçün əvvəldən tanıdığı - dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib. Tural Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. Bundan sonra Səidə Məmmədova dəstə üzvləri ilə başqa plan qurublar. Belə ki, Səidə Məmmədova əvvəlcədən Tural Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü Tural Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus "Niva" markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













