İranpərəst qruplaşmadan Azərbaycanla bağlı etiraf: “Biz etmişik”

İranpərəst haker qruplaşması ötən gecə 100-dən çox Azərbaycan hökumət domeninə qarşı genişmiqyaslı kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Avtosfer.az Haqqın.Az-a istinadən xəbərinə görə, bu barədə İraqda fəaliyyət göstərdiyi ehtimal edilən "313 Team" haker qruplaşması öz "Telegram" kanalında elan edib.
Qruplaşma bəyan edib ki, kiberhücumun intensivliyi saniyədə 2,5 terabiti keçib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin daha əvvəl bildirdiyi kimi, hücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarında fasilələr yaranıb. Qeyd edilir ki, görülən texniki tədbirlər sayəsində kiberhücumun nəticələrinin məhdudlaşdırılmasına nail olunub və saytların sabit fəaliyyəti təmin edilib.
"HawkEye"nin 2026-cı ilin mart ayında verdiyi xəbərdarlığa əsasən, həmçinin "313 Team Hack Team" və ya "İslam kibermüqaviməti" kimi də tanınan "313 Team" İranla əlaqəli qruplaşmadır və İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin olduğu ehtimal olunur.
"HawkEye"nin sənədləşdirilmiş əvvəlki hücumlar kataloqunda 2025-ci ilin iyun ayında "Truth Social"a qarşı DDoS kampaniyası, 2023-cü ilin dekabr ayında Səudiyyə Ərəbistanının "Absher" platformasına qarşı davamlı DDoS kampaniyası, 2026-cı ilin fevral ayında Küveyt hökumətinin 26 IP ünvanına təsir edən əməliyyat və 2026-cı ilin mart ayında Səudiyyə Ərəbistanı banklarını, Küveyt Beynəlxalq Hava Limanını və telekommunikasiya operatorlarını əhatə edən, Fars körfəzi dövlətlərinə qarşı koordinasiyalı kampaniya xatırladılır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












