Polis əməkdaşı "Toyota" ilə qəza törətdi - VİDEO

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsində xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. ANS-in məlumatına görə, qəza zamanı “Toyota” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü Rasim Həsənov sağ qolundan xəsarət alaraq xəstəxanaya çatdırılıb. Avtoqəzanın “Toyota” markalı avtomobilin sürücüsünün "dayan" yol nişanının tələblərini pozduğu üçün baş verdiyini deyilir. Qəza zamanı o, Həsən Əliyev küçəsinə sürətlə daxil olurmuş. Hadisə şahidlərinin sözlərinə görə, “Toyota” markalı avtomobilin sürücüsü polis əməkdaşı imiş. “Toyota” markalı avtomobilin sürücüsü isə özünü təqdim etmədi və hadisə yerindən uzaqlaşdı. Qəza yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır. Hadisədə kimin günahkar olması təyin ediləcək ekspertizaların nəticələrindən sonra məlum olacaq.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












