Polis olmaq istəyənlər nazirin qəbuluna yazılacaq

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən fevralın 28-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nazir Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.
R.Usubov tərəfindən keçiriləcək vətəndaşların qəbulu zamanı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Şirvan şəhər, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayon sakinlərindən yaşı 20-dən az, 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla);
- boy ölçüsü 175 sm-dən yuxarı (qadınlar üçün 170 sm);
- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;
- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;
- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO










