Polis rəisinin müavini motosiklet sürücüsünü güllələdi

Yolda mübahisə etdiyi motosiklet sürücüsünü tapançasıyla vurub öldürən İstanbul Polis İdarəsi rəisinin müavini Cəlal Yılmaz həbs olunub.
Avtosfer.az xəbər verir ki, o, bu əməlinə görə məhkəmə qarşısına çıxarılıb. Məhkəmə isə Cəlal Yılmazın həbsxanaya göndərilməsinə qərar verib.
Məlumata görə, Cəlal Yılmaz bir gün əvvəl gecə saat 01.00 radələrində 155 polis "qaynar xətt"inə zəng edib və İstanbulda motosiklet sürücüsü Əhməd Sülüşoğlunu tapançasıyla vurduğunu bildirib.
Silahıyla təslim olan Yılmaz ifadəsində polis yoldaşıyla avtomobillə evinə gedərkən yolda yaranan mübahisə səbəbindən evinin yaxınlığında motosiklet sürücüsünun onun yolunu kəsdiyini bildirib. Burada mübahisə davam edib.
Motosiklet sürücüsünün daha sonra silah çəkdiyini deyən Yılmaz özünü müdafiə etmək üçün onu vurduğunu deyib.
Hadisə yerindən motosiklet sürücüsü Əhməd Sülüşoğlunun tapançası tapılıb.
Hadisə ilə əlaqədar istintaq davam edir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












